Geyimlərini hərraca çıxaracaq 

16:48 21.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Nazpəri Dostəliyeva sərgi keçirəcək. 

Hafta.az xəbər verir ki, müğənni geyimlərini nümayişə çıxaracaq. Bu haqda Dostəliyeva "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, illərdir konsertlərində, kliplərində geyindiyi paltarları satacaq:

"Hansı konsertdə hansı geyimlərim olub hərraca çıxaracağam. Bu, mənim sirrim idi. Yaxın günlərdə satışa çıxaracağıq. Bir, iki deyil, nə qədərdir. 1996-cı ildə "Nə olur Allahım" klipimdən geyimlər saxlanılır, eksklüzividr, ikinci tayı yoxdur. Hamısı sərgidə nümayiş olunacaq, ardından satılacaq".